Saxlanılan Murat Dalkılıçın mətbuat katibi: "Sadəcə antibiotik istifadə edib"
Far.Az xəbər saytı

Saxlanılan Murat Dalkılıçın mətbuat katibi: "Sadəcə antibiotik istifadə edib"


İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində saxlanılan müğənni Murat Dalkılıçın mətbuat katibi bu barədə ilk açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, Özgür Aras sənətçinin burun əməliyyatlarına görə sadəcə antibiotik istifadə etdiyini vurğulayıb:

"Murat Dalkılıç, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində bu gün səhər saatlarında saxlanılıb. İnanırıq ki, ifadəsi alındıqdan və zəruri hesab edilərsə verəcəyi test nümunələrindən sonra o, sərbəst buraxılacaq.

Keçirdiyi burun əməliyyatları ilə əlaqədar istifadə etdiyi antibiotik preparatları istisna olmaqla, hər hansı formada qanunsuz maddə istifadə etmədiyini ictimaiyyətin diqqətinə çatdırırıq".

Xatırladaq ki, bu gwn İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində aralarında tanınmış simaların da olduğu 17 nəfər saxlanılıb.

Onlar arasında müğənni Murat Dalkılıç, "Duman" qrupunun solisti Kaan Tangöze, aktyor İsmail Hacıoğlu və Kemal Doğulu var.

Oxşar xəbərlər

Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Ciqanla həyat yoldaşı bu səbəbdən ayrılıblar - AÇIQLAMA
Murat sevgilisi ilə Kuşadasında evlənəcək
Saxlanıldıqdan sonra sərbəst buraxılan məşhurlardan İLK AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər