"Qarabağ" "Nyukasl"la matçda fasiləyə böyük hesabla geridə yollanıb
Far.Az xəbər saytı

"Qarabağ" "Nyukasl"la matçda fasiləyə böyük hesabla geridə yollanıb


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında ilk hissə başa çatıb.

Far.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda "Nyukasl" fasiləyə 5:0 hesabı ilə öndə yollanıb.

Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.

***22:21

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında daha bir qol vurulub.

Far.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 4:0.

34-cü dəqiqədə Entoni Qordon het-trik edib.

Buna qədər 32-ci dəqiqədə Entoni Qordon penaltidən fərqlənməklə dubl müəllifi olmuşdu.

***21:56

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında ikinci qol vurulub.

Far.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 2:0.

9-cu dəqiqədə Malik Tşau diqqət mərkəzinə düşüb.

***21:51

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında hesab açılıb.

Far.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesabda irəli çıxıblar.

3-cü dəqiqədə Entoni Qordon fərqlənib.

***21:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) "Qarabağ" və "Nyukasl" komandaları arasında matç başlayıb.

Far.Az-in məlumatına görə, matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.

Qarşılaşmanı norveçli Espen Eskos darə edir. Ona yan xətt hakimləri qismində Yan Erik Enqan və İsak Elias Başevkin köməklik göstərir. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirir.

VAR-da Rob Diyperink, AVAR-da isə Dennis Hiqler yer alır.

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: "Nyukasl" "Qarabağ"ın qapısından dördüncü qolu keçirib - YENİLƏNİR-4
Çempionlar Liqası: "Liverpul"a məğlub olan "Qarabağ" pley-offa yüksəlib - YENİLƏNİB-9
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
UEFA Çempionlar Liqası: "Şkendiya"nı darmadağın edən "Qarabağ" pley-off-a adladı
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər