İran Dohada ABŞ ilə görüş keçiriləcəyi barədə məlumatı təkzib edib - Yenilənib
İran ABŞ-nin vitse-prezidenti Cey Di Venslə ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai arasında Qətərin paytaxtı Dohada görüş keçirilməsi ilə bağlı məlumatları təkzib edib.
"Report" xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi iki ölkə arasında mümkün görüşlə bağlı mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Rəsminin sözlərinə görə, Tehranın ABŞ ilə danışıqlara dair siyasətində və planlarında heç bir dəyişiklik yoxdur.
O qeyd edib ki, ABŞ tərəfi İranın irəli sürdüyü yeddi şərt çərçivəsində praktiki addımlar atmayana qədər Vaşinqtonla danışıqların keçirilməsi nəzərdə tutulmur
Qətər ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai arasında görüşə ev sahibliyi edəcək.
"Report" "Clash Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Ankarada keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, Dohada planlaşdırılan görüş Vaşinqton və Tehran arasında danışıqlarda ciddi irəliləyiş əldə etmək üçün mühüm fürsət ola bilər.
İ.Kalın, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şənbə günü ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı onu İrana qarşı yeni zərbələr endirməkdən çəkinməyə çağırdığını bildirib. Türkiyə kəşfiyyatının rəhbərinin qiymətləndirməsinə görə, ABŞ-nin hərbi əməliyyatı regionda qarşıdurmanın yeni mərhələsinə səbəb ola bilər.
O əlavə edib ki, Türkiyə və digər regional vasitəçilər münaqişənin nizamlanması üzrə yeddi bənddən ibarət planın razılaşdırılması istiqamətində irəliləyiş əldə edirlər.
Plana əsasən, İran nüvə silahı hazırlamamaq öhdəliyi, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıq və sonradan Hörmüz boğazını açmaq müqabilində sanksiyaların yumşaldılmasına və dondurulmuş vəsaitlərinə çıxış əldə edə bilər.
İ.Kalın vurğulayıb ki, hazırda tərəflər əsasən razılaşmaların icrası üzrə addımların ardıcıllığını müəyyənləşdirməyə çalışırlar. Onun sözlərinə görə, yaxın günlərdə razılaşma əldə olunarsa, ABŞ-nin İrana yeni zərbələr endirməsinin qarşısını almaq mümkün olacaq. Əks halda, hücumlar bir neçə gün ərzində yenidən başlaya bilər.
Bununla yanaşı, İranın mövqeyi ilə tanış olan mənbə Vaşinqtonla razılaşma əldə olunacağına şübhə ilə yanaşıb. Onun sözlərinə görə, Tehran yeni eskalasiyanı gözləyir və regionda, eləcə də onun hüdudlarından kənarda yerləşən ABŞ hərbi bazalarına cavab zərbələri endirməyə hazırlaşır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













