Yanan avtomobili söndürmək istəyən yanğınsöndürənləri maşın vurdu - Ölən var
Salyanda iki nəfər yanğınsöndürəni avtomobil vurub.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Kürsəngi kəndindən keçən ərazisində baş verib.
Yanan yük avtomobilini söndürməyə gələn FHN-in Salyan Yanğından Mühafizə Xidmətinin iki əməkdaşını yoldan keçən minik avtomobili vurub. Hadisə nəticəsində yanğınsöndürənlərdən biri-42 yaşlı Hakim Piriyev hadisə yerində ölüb, digər əməkdaş xəstəxanaya çatdırılıb.
***09:39
Salyan rayonunda yanan avtomobili söndürmək istəyən iki nəfəri maşın vurub, biri ölüb, digəri xəsarət alıb.
Far.Az report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralında qeydə alınıb.
Belə ki, yanan avtomobili söndürmək üçün iki nəfər köməyə gəlib. Bu zaman digər nəqliyyat vasitəsi onları vurub. Avtoqəza nəticəsində bir nəfər hadisə yerində ölüb, digəri, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
"Torqovı"dakı yanğından son GÖRÜNTÜLƏR - Xəsarət alan var
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













