Qazaxıstan benzin və neft məhsullarının ölkədən çıxarılmasına qadağanı 2027-ci ilin mayına qədər uzadıb
Far.Az xəbər saytı

Qazaxıstan benzin və neft məhsullarının ölkədən çıxarılmasına qadağanı 2027-ci ilin mayına qədər uzadıb


Qazaxıstan benzin və neft məhsullarının ölkədən çıxarılmasına qadağanı daha altı ay uzadıb.

"Far.Az" Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə energetika nazirinin 30 oktyabr 2026-cı il tarixli "Qazaxıstan Respublikası ərazisindən neft məhsullarının çıxarılması ilə bağlı bəzi məsələlər haqqında" əmrində bildirilib.

Qadağa altı ay müddətinə – 2026-cı il noyabrın 22-dən 2027-ci il mayın 22-dək tətbiq ediləcək. Bu, o cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə çıxarılmasına da aiddir.

Beləliklə, benzinin, dizel yanacağının və bəzi növ neft məhsullarının avtomobil nəqliyyatı ilə ölkədən çıxarılması qadağan edilir.

Daha bir qadağa Qazaxıstandan Aİİ-nin gömrük ərazisindən kənara yüngül distillatların, aviasiya kerosinlərinin və dizel yanacağının və s. çıxarılmasına aiddir. Sənəd noyabrın 16-da qüvvəyə minəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər