"Osasuna" İspaniya çempionatında 15 ildə ilk dəfə "Real Madrid"i məğlub edib
Far.Az xəbər saytı

"Osasuna" İspaniya çempionatında 15 ildə ilk dəfə "Real Madrid"i məğlub edib


"Osasuna" İspaniya çempionatının XXV turunda "Real Madrid"i 2-1 hesabı ilə məğlub edib. Matç Pamplona şəhərində baş tutub.

"Report" xəbər verir ki, meydan sahiblərinin qollarını Ante Budimir (38-ci dəqiqə, penalti) və Raul de Haro (90) vurub. Qonaqların heyətində isə Vinicius (73) fərqlənib.

"Real Madrid" son 15 ildə ilk dəfə "Osasuna"ya məğlub olub. Bundan əlavə, Madrid klubu 12 yanvardan komandaya rəhbərlik etməyə başlayan Alvaro Arbeloanın rəhbərliyi altında İspaniya çempionatında ilk məğlubiyyətlə üzləşib. Bundan əvvəl "Real Madrid" yarışda ardıcıl səkkiz oyunda qalib gəlib.

"Real" 25 turdan sonra 60 xalla turnir cədvəlinə başçılıq edir, ikinci yerdə olan "Barselona" isə bir oyun az qaldığı üçün iki xal geridədir. "Osasuna" 33 xalla doqquzuncu yerdədir.

"Real Madrid" növbəti turda 2 martda "Xetafe"ni qəbul edəcək, "Osasuna" isə bir gün əvvəl səfərdə "Valensiya" ilə qarşılaşacaq

Oxşar xəbərlər

Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər