Azərbaycan cüdoçuları Özbəkistanda "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər
Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər.
"Far.Az" xəbər verir ki, yarış Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən fevralın 27-dən martın 1-dək baş tutacaq.
Turnirdə kişilərdən ibarət yığma baş məşqçi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik, qadınlardan ibarət milli isə baş məşqçi Amina Abdellatif və məşqçi İmarverdi Məmmədovun başçılığı altında 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunacaq.
Üç gün davam edəcək yarışda 40 ölkədən 380 idmançı (213 kişi, 167 qadın) mübarizə aparacaq.
Dünya Turu seriyasında keçirilən yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Heyəti təqdim edirik:
Kişilər
60 kq
Əhməd Yusifov
Balabəy Ağayev
66 kq
Nizami İmranov
Turan Bayramov
73 kq
Kamran Süleymanov
Hidayət Heydərov
81 kq
Ömər Rəcəbli
90 kq
Murad Fətiyev
100 kq
Zelim Kotsoyev
Əjdər Bağırov
+100 kq
Camal Qamzatxanov
Kənan Nəsibov
Qadınlar
48 kq
Könül Əliyeva
Şəfəq Həmidova
52 kq
Aydan Vəliyeva
Leyla Əliyeva
63 kq
Fidan Əlizadə
70 kq
Südabə Ağayeva
+78 kq
Madina Kaisinova
Oxşar xəbərlər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb - YENİLƏNİB
Amina Abdellatif: "Rusiyalı cüdoçuların milliyə cəlb olunması balansı yaxşılaşdıracaq"
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













