Bakıda mağazadan 750 manat oğurlayan şəxsə AĞIR CƏZA
Bakıda mağazadan 750 manatlıq məhsul oğurlamaqda təqsirləndirilən Şövqi Dövlətovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Ş.Dövlətov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev məhkəməyə təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsi təklifini irəli sürüb.
Qeyd edək ki, Ş.Dövlətova qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, hadisə 2025-cu ildə Suraxanıda yerləşən marketlərdən birində baş verib.
İstintaqla müəyyən edilib ki, Şövqi Dövlətov marketə basqın edərək spirtli içkiləri yerə dağıdıb və kassadan 750 manat pul vəsaitini ələ keçirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Bakıda üç tanış bir nəfəri oğurladı, narkotik və pul tələb etdi
180-ə yaxın ölkədən qədim əşyaların toplandığı əntiq mağazadan fotoreportaj
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













