AZCON Holding 2026-cı ilin 9 ayı üzrə sərnişindaşıma və yükdaşıma göstəricilərini açıqlayıb
AZCON Holding 2026-cı ilin yanvar-sentyabr ayları üzrə nəqliyyat sektorunda əldə olunan sərnişindaşıma və yükdaşıma göstəricilərini təqdim edib.
Sərnişindaşıma göstəriciləri
Hesabat dövründə Azərbaycan Dəmir Yolları (ADY) üzrə gündəlik orta sərnişin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 % artaraq 31 min nəfəri ötüb. "BakuBus" avtobusları ilə daşınan gündəlik orta sərnişin sayı isə 27 % artaraq 665 min nəfər təşkil edib.
Azərbaycan Hava Yolları (AZAL) üzrə ümumi sərnişin sayı 3 milyon 285 min nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 % çoxdur. Tranzit sərnişinlərin sayı isə 29 % artaraq 420 min nəfərə çatıb.
Bakı Metropolitenində gündəlik orta sərnişin sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 % azalaraq 572 min nəfər təşkil edib.
Ümumilikdə "BakuBus" və Bakı Metropoliteni üzrə gündəlik orta sərnişin sayı 1,2 milyon nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 11 % artım deməkdir.
Yükdaşıma göstəriciləri
Yükdaşımalar istiqamətində də bir sıra mühüm göstəricilər üzrə artım qeydə alınıb. Belə ki, ADY üzrə Şərq–Qərb dəhlizi vasitəsilə tranzit daşınan yüklərin həcmi 3 milyon 207 min tona çataraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 % artıb. Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə konteyner aşırmalarının həcmi isə 29 % artaraq 100 min TEU təşkil edib.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) üzrə quru yük gəmiləri ilə daşımaların həcmi 39 % artaraq 1 milyon 415 min tona çatıb. Bərə daşımalarının həcmi isə 2 % artaraq 2 milyon 623 min ton olub. Konteyner daşımaların həcmi də ötən ilin müvafiq dövrü ilə müqayisədə 56 % artaraq 25 min 400 TEU təşkil edib.
Beləliklə, 2026-cı ilin 9 ayı üzrə əldə olunan nəticələr sərnişindaşıma və yükdaşımanın bir sıra istiqamətlərində artım dinamikasını, xüsusilə tranzit daşımaları və liman əməliyyatlarında müsbət göstəriciləri əks etdirir. Bu nəticələr nəqliyyat infrastrukturunun inkişafı, xidmətlərin səmərəliliyinin artırılması və ölkənin tranzit potensialının gücləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini göstərir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev "BakuBus" MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib
Azərbaycan–Ermənistan sərhədindən Ordubada uzanan dəmir yolunda tikinti işləri başladı - ADY
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş













