FIFA DÇ-2026-nın Meksikadakı oyunlarını başqa ölkəyə keçirə bilər
FIFA Meksikada baş verən kütləvi iğtişaşlar fonunda DÇ-2026-nın bu ölkədəki oyunlarını, həmçinin qitələrarası pley-off matçlarını ABŞ və ya Kanadaya köçürmək variantını nəzərdən keçirir.
"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, buna səbəb fevralın 22-də Meksika xüsusi xidmət orqanlarının "Xalisko Yeni Nəsil" narkokartelinin "El Menço" ləqəbli başçısı Ruben Nemesio Oseqera Servantesi öldürməsindən sonra ölkədə yaranan gərginlik olub.
Məlumata görə, cinayətkar qruplaşmaların ölkənin bir neçə şəhərində törətdiyi kütləvi iğtişaşlar və silahlı toqquşmalar artıq yerli futbol çempionatının bəzi oyunlarının təxirə salınmasına gətirib çıxarıb. FİFA rəsmiləri təhlükəsizlik zəmanəti verilməyəcəyi təqdirdə, martda Qvadalaxara və Monterreydə keçirilməsi planlaşdırılan pley-off turnirinin məkanını dəyişə biləcəklərini vurğulayıblar.
Meksikada dünya çempionatının açılış oyunu da daxil olmaqla, ümumilikdə 13 qarşılaşmanın keçirilməsi planlaşdırılır. Hazırda vəziyyəti yaxından izləyən ali futbol qurumu təhlükəsizlik riskləri qalacağı təqdirdə oyunların köçürülməsini son çarə kimi dəyərləndirir.
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçirilməlidir.
Oxşar xəbərlər
Trampın Latın Amerikası əməliyyatı: Venesuela, Meksikadan sonra Kuba və Kolumbiyadır? - ŞƏRH
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













