Mustafa Sandalın iş adamı olan qayınatasının əmlakları müsadirə edildi
Far.Az xəbər saytı

Mustafa Sandalın iş adamı olan qayınatasının əmlakları müsadirə edildi


Müğənni Mustafa Sandalın qayınatası, iş adamı Cihan Sütşurupun sələm verdiyi iddiaları ilə bağlı başladılan istintaqda yeni qərarlar qəbul edilib.

Far.Az xəbər verir ki, işi araşdıran İstanbul Baş Prokurorluğu Sütşurupun bütün əmlakına müvəqqəti həbs qoyulması barədə qərar çıxarıb.

Qərara əsasən, onun adına olan daşınmaz əmlaklar müsadirə edilib, bank hesabları və müxtəlif investisiya alətləri üzrə əməliyyatlara məhdudiyyət tətbiq olunub.

İstintaq materiallarında diqqət çəkən digər məqam isə daha əvvəl ictimaiyyətə açıqlanan bildiriş prosesi ilə bağlıdır.

Məlumata əsasən, Sütşurupun qızı Simge Sütşurup haqqında məşhur kriptovalyuta platformalarından biri tərəfindən "terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasının qarşısının alınması" çərçivəsində rəsmi qurumlara məlumat verilib.

Bildirilir ki, sözügedən hesab bildirişdən öncə dondurulub və araşdırma üçün Maliyyə Cinayətlərinin Araşdırılması Şurasına (MASAK) yönləndirilib.

Cihan Sütşurupun rəsmi gəlir səviyyəsinin aparılan maliyyə əməliyyatları ilə uyğunluq təşkil etmədiyi müəyyən edilib.

Hazırda istintaq tədbirləri davam edir.

Oxşar xəbərlər

Qayınatası vitse-spiker, nazir, deputat, prokuror olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər