Qayınatası vitse-spiker, nazir, deputat, prokuror olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI
Far.Az xəbər saytı

Qayınatası vitse-spiker, nazir, deputat, prokuror olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI


Azərbaycan şou-biznesində bəzi müğənnilər var ki, onlar məmur övladları ilə ailə qurublar. Onlar arasında nazir, baş nazir, prokuror övladları ilə evlənənlər var.

Bu dəfə Far.Az saytı olaraq qayınatası vəzifəli şəxslər olan məşhurları araşdırdıq. Həmin siyahını oxuculara təqdim edirik:

Xanəndə Pərviz Qasımov

Xanəndənin qayınatası, sabiq baş nazir Novruz Məmmədovdur. O nazirin qızı Firuzə Məmmədova ilə ailəlidir. Novruz Məmmədov 2018-2019-cu illərdə Azərbaycanda Baş nazir vəzifəsində çalışıb. 2019-cu ildə Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru təyin olunub.

Qayınatası vitse-spiker, nazir, deputat, prokuror olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Aktrisa Zümrüd Qasımova

Aparıcı və aktrisa Zümrüd Qasımovanın qaynatası Milli Məclisin sabiq vitse-spikeri Zakir Zeynalovdur. Bu barədə o sosial şəbəkə paylaşımlarında qeyd edib. Onun qayınatası həm də hüquq elmləri doktorudur. Zakir Zeynalov 6 dekabr 2000-ci ildə dünyasını dəyişib. Aktrisa instaqramda mərhum qayınatasının vəfatı günü ilə bağlı paylaşımlar edib. Qasımovanın həyat yoldaşı Nazim Zeynalov da hüquq mühafizə orqanlarından birində yüksək vəzifədə çalışır.

Qayınatası vitse-spiker, nazir, deputat, prokuror olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Müğənni Safura Əlizadə

Müğənni Safura Əlizadə qayınatası isə sabiq Energetika naziri Natiq Əliyevdir. Sənətçi Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Safura mərhum qayınatasının doğum və anım günlərdinə sosial şəbəkələrdə onunla bağlı paylaşımlar edir. Foto və ya videolarını yayımlayır. Natiq Əliyev 2017-ci ildə İstanbulda vəfat edib. Safura Əlizadənin üç övladı var. O üçüncü övladına qayınatasının adını verib.

Qayınatası vitse-spiker, nazir, deputat, prokuror olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Müğənni Əminə Şirin

Sənətçinin qayınatası keçmiş prokuror Rəşid Həsənov olub. O bu barədə verilişlərdən birində qeyd edib. Müğənni həyat yoldaşından ayrılsa da, ondan heç vaxt aliment tələb etmədiyini vurğulayıb.

Qayınatası vitse-spiker, nazir, deputat, prokuror olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Müğənni Nura Suri

Müğənni Nura Suri açıqlamalarından birində ilk həyat yoldaşının məmur oğlu olduğunu bildirib:

"Mənim ailəm haqqında, övladlarım haqqında artıq-əskik söhbətlər eşitdim. Guya, ki, mənim ərim qoca kişi olub, şeyx olub. Mənim gül kimi cavan həyat yoldaşım olub. Özü də ərəb deyil, iranlıdır, soyadımdan bilinir. İranda çox tanınmış məmur övladı ilə ailə qurmuşam" -deyə, ifaçı müsahibəsi zamanı vurğulayıb.

Nura Suri ilk dəfə Əlirza Suri adlı iş adamı ilə ailəli olub. Sənətçi onun tanınmış iş adamı olduğunu bildirib.

Qayınatası vitse-spiker, nazir, deputat, prokuror olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Müğənni Elçin Cəfərov

Sənətçinin qayınatası sabiq deputat və Xalq şairi Sabir Rüstəmxanlıdır. Elçin onun qızı Aydanla evlidir. Cütlüyün Can adında bir oğlu var. Bir müddət əvvəl Elçin sosial şəbəkədə qayınatası Sabir Rüstəmxanlı ilə atası İspar Cəfərovla fotosunu paylaşıb. Sabir Rüstəmxanlı Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV və VI çağırış deputatı (1995–2015, 2020–2024) olub.

Qayınatası vitse-spiker, nazir, deputat, prokuror olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Müğənni Aysel Teymurzadə

Tanınmış müğənni Aysel Teymurzadənin qayınatası Zöhrab Adıgözəlzadə uzun illər Eskişehir Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb. Xalq artisti müəllim, dosent, professor kimi fəaliyyət göstərib. Məşhur pianoçu Azərbaycan, rus, Avropa bəstəkarlarının əsərlərini ifa edib.

Qayınatası vitse-spiker, nazir, deputat, prokuror olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Müğənni Üzeyir Mehdizadə

Üzeyir Mehdizadənin qayınatası isə vəzifəli şəxs olmasa da, çox imkanlı biznesmendir. O bu barədə verilişlərdən birində qeyd edib. Üzeyir qayınatasının məşhur biznesmen olduğunu və Moskva şəhərində yaşadığını bildirib.

Qayınatası vitse-spiker, nazir, deputat, prokuror olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Yaşı 70-i keçən TÜRKİYƏLİ MƏŞHURLAR - SİYAHI
"Qarabağ" ingilislərə ŞOU GÖSTƏRDİ - Dünya bizdən DANIŞIR
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər