"Nyukasl"ın baş məşqçisi: 2:0 hesablı üstünlükdən sonra "Qarabağ"ın müdafiə xəttini yarmaq çətinləşdi
"Nyukasl" "Qarabağ"a qarşı oyunda hesab 2:0 olarkən Ağdam təmsilçisinin müdafiə xəttini keçməkdə çətinlik çəkib.
"Far.Az"un məlumatına görə, bunu "Nyukasl"ın baş məşqçisi Eddi Hau "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:
"1/8 finala yüksəlmək bizim üçün tarixi uğurdur. Bu axşam ideal oyun sərgilədiyimizi deməzdim. Görünür, əsas çətinliyimiz görüşün əvvəlində hesabı 2:0 etməyimizdən sonra yarandı. Daha çox qol vurmaq üçün lazımi istəyi və aqressiyanı göstərə bilmədik. İkinci hissədə isə oyun daha açıq keçdi, hər iki komanda tez-tez hücumlara atılırdı. Hesab 2:0 olduqdan sonra rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik".
O, qitənin ən nüfuzlu klub turnirində böyük təcrübələr qazandıqlarını bildirib:
"Çempionlar Liqası bizim üçün möhtəşəm bir təcrübədir. Hər şeyimizi ortaya qoyacaq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" matçı ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Tərəflər arasında keçirilən ilk görüşdə də İngiltərə təmsilçisi (6:1) qalib gəlmişdi.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub - YENİLƏNİB-9
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Çempionlar Liqası: "Qarabağ" - "Nyukasl" matçında yeddinci qol vurulub - YENİLƏNİR-8
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













