Sərxoş vəziyyətdə dava saldı, qardaşı oğlanlarını bıçaqladı - Araq mübahisəsinin TƏFƏRRÜATI
Bakıda kişi qardaşının iki oğlunu bıçaqlayıb.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunun Qızıldaş qəsəbəsində baş verib. Qəsəbə sakini Telman Mustafayev yaşadığı evdə qardaşı Elman Mustafayev və qonşuları Elçinlə birlikdə yeyib-içiblər. Hər üç şəxs həddindən artıq spirtli içki qəbul edəndən sonra arağa görə aralarında mübahisə başlayıb. Onlar bir-birindən yenidən spirtli içki alıb içməyi tələb ediblər.
Elman Mustafayevin iki oğlu - 2002-ci il təvəllüdlü Fərid Mustafayev və 2009-cu il təvəllüdlü Elnur Mustafayev onların yanına gələrək, mübahisəni sakitləşdirmək istəyiblər. Bu vaxt Telman Mustafayev evdən bıçaq götürərək qardaşı Elmana hücum edib. Mübahisə zamanı ona mane olmağa çalışan Fərd və Elnur bıçaq xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar, faktla bağlı cinayət işi başlanılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən T.Mustafayev saxlanılaraq istintaqa təhvil verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Mustafayev altı il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













