Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı
Xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun iclasda hökm oxunub, S.Babazadə 1 il 6 ay sınaq müddəti tətbiq olunmaqla 3 il azadlıqdan şərti məhrum edilib.
Xatırladaq ki, prokuror onun 5 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.
Hadisə 2026-cı il martın 27-də Sabunçu rayonu ərazisində baş verib.
Belə ki, Səid Babazadə xalasının oğlu Elşad Bayramovla birlikdə yas mərasimində iştirak ediblər. Gənclərlə söhbət zamanı Səid Babazadənin güldüyünü görən Elşad Bayramov ona irad bildirib. Bundan sonra aralarında yaranan mübahisə zamanı S.Babazadə E.Bayramovun döş qəfəsindən bıçaqla vuraraq, sağlamlığına ağır xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, Səid Babazadə Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub, barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
-
Zəngilanda İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək - 5,7 milyonluq LAYİHƏ
-
Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş
-
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
-
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər













