DSMF-nin büdcədən asılılığı bir qədər də azaldılır
2027-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dövlət büdcəsindən asılılığı 17,2 % təşkil edəcək ki, bu da 2026-cı ilə nisbətən 2,8 faiz bəndi azdır.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Beynəlxalq göstəricilərə nəzər saldıqda görürük ki, hətta yüksək inkişaf etmiş ölkələrdə belə pensiya fondlarının özünü maliyyələşdirmə göstəricisi 30-60 % arasında dəyişir. Yəni inkişaf etmiş ölkələrdə elə fondlar var ki, onların maliyyələşməsinin 30 %-dən çoxu dövlət subsidiyaları hesabına həyata keçirilir. Bizdə isə bu göstərici 17 % təşkil edir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, dövlət büdcəsindən Fonda ayrılan vəsaitlər subsidiya və yaxud dotasiya deyil, dövlətin qanunvericiliklə müəyyən edilmiş öhdəliklərinin maliyyələşdirilməsidir.
Əmək pensiyaları haqqında qanunvericiliyə uyğun olaraq, 1992-ci ilədək olan iş stajının maliyyələşdirilməsi dövlət büdcəsinin öhdəliyidir. Eyni zamanda, qanunun 20-ci maddəsinə əsasən dövlət qulluqçularına və hərbi xidmətdə olan şəxslərə təyin edilən əlavələr də dövlət büdcəsi hesabına maliyyələşdirilməlidir. Habelə, dövlət büdcəsi hesabına pensiyaçılara təyin olunan əlavələrin maliyyələşdirilməsi də dövlətin öhdəliyidir. Bu, xüsusilə diqqət yetirilməli vacib məqamdır", - deyə o qeyd edib.
Xatırladaq ki, gələn il DSMF-nin xərcləri 9,3 milyard manat təşkil edəcək ki, bunun da 1,6 milyard manatı büdcədən ayrılacaq. Bu il Fondun xərcləri 8,5 milyard manatdır ki, bunun da 20%-nin və yaxud 1,7 milyard manatının büdcədən ayrılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)













