Zaur Axundovun klubundan FİFA-ya şikayət etdi
"Araz-Naxçıvan"dan anlaşılmaz şəkildə ayrılan belçikalı Əyyub Allaş qalmaqallı açıqlamalar verib. Zədə üzündən heyətdən kənarda qalan, daha sonra komandadan göndərilən yarımmüdafiəçi şikayət edib.
Far.Az xəbər verir ki, Allaş Futbolinfo.az saytına açıqlamasında Naxçıvan klubunda bərbad münasibətlə üzləşdiyini bildirib:
"Araz-Naxçıvan" tərəfindən mənə göstərilən münasibətə görə dərin təəssüf hissi keçirirəm. Maaşım tam ödənilmədi, uçuş xərclərimi özüm qarşıladım və olduqca yüksək tibbi xərcləri, o cümlədən əməliyyatı da özüm ödəməli oldum – halbuki bu, heç vaxt belə olmamalıdır. Zədələndikdən sonra heyətdən kənarlaşdırıldım. Sağaldıqdan sonra isə peşəkar müqaviləm olmasına baxmayaraq, komandaya yenidən qoşulmaq üçün pul ödəməli olduğum bildirildi. Daha da qəribəsi odur ki, bəzən sadəcə yemək üçün mənə kiçik məbləğdə nağd pul verilirdi. Bu isə tamamilə anormal bir haldır".
Əyyub haqqını qorumaq üçün addımlar atıb: "Bütün bunlar çox üzücüdür, xüsusilə də Azərbaycanı öz evim kimi hiss etdiyim və AFFA-ya, eləcə də ölkəyə güvəndiyim bir vaxtda. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapacaq".
Allaş FIFA-ya şikayət etdiyini də sözlərinə əlavə edib: "Ali futbol qurumuna şikayət etmişəm. FIFA-nın operativ şəkildə addım atacağına inanıram ki, mən də yoluma davam edə bilim və nəhayət haqqım olanı alım".
Yarımmüdafiəçi ev dustaqlığına məhkum edilən klubun sahibi Zaur Axundovla danışmadığını da deyib: "Düşünürəm ki, onun mənim problemimdən xəbəri yoxdur. Axundovun rəhbərliyi altında işləyən insanlar bunları edirlər".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













