Çin krossoveri Böyük Britaniyada satışların zirvəsinə yüksəldi!
Far.Az xəbər saytı

Çin krossoveri Böyük Britaniyada satışların zirvəsinə yüksəldi!


Avropanın avtomobil bazarında rəqabətin yeni mərhələsi başlayır. Böyük Britaniyada əldə olunan nəticələr bunun diqqətçəkən göstəricisidir: 2026-cı ilin sentyabrında Çinin JAECOO 7 modeli 10 814 qeydiyyatla ölkənin ən çox satılan yeni avtomobili olub. Yanvar–sentyabr aylarının yekununda isə model 39 474 qeydiyyatla Ford Puma-dan sonra ikinci mövqedə qərarlaşıb.

OMODA və JAECOO brendləri sentyabr ayında ümumilikdə 22 296 avtomobil qeydiyyatına nail olub. İllik artım 106 faiz, bazar payı isə 6,37 faiz təşkil edib.

Bu göstəricilər avropalı alıcıların seçimində qiymət, texnologiya, zəmanət və təchizat balansının əhəmiyyətinin artdığını ortaya qoyur. JAECOO 7 PHEV versiyasının Euro NCAP sınaqlarında 5 ulduzlu reytinq əldə etməsi də modelin təhlükəsizlik göstəricilərinə diqqəti artırır.

Bu dəyişiklik Azərbaycan bazarında da müşahidə olunur. OMODA və JAECOO-nun rəsmi distribütoru IMOTORS MMC yerli bazarda JAECOO J7 və J8, OMODA 7 modellərini təqdim edir.

Britaniyadakı nəticələrin göstərdiyi əsas məqam budur: avtomobil bazarında rəqabət artıq yalnız ənənəvi markalar arasında getmir.

Oxşar xəbərlər

Euro NCAP-da 5 ulduz alan Jaecoo artıq rəsmi olaraq Azərbaycanda
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
"OMODA & JAECOO" Azərbaycanda rəsmi olaraq təqdim olundu
Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu
Ağıllı mobillikdə yeni dövr: IMOTORS MMC, OMODA və JAECOO ilə artıq Azərbaycanda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər