Rəşad Sadıqov: "Araz-Naxçıvan" üzərində vacib və dəyərli qələbə qazandıq"
"Zirə" Misli Premyer Liqasının XXII turunda "Araz-Naxçıvan"la matçda vacib və dəyərli qələbə qazanıb.
"Far.Az" xəbər verir ki, bunu "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov sözügedən oyundan sonra mətbuat konfransında deyib.
O, qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Çox vacib və dəyərli bir qələbə qazandıq. Futbolçularıma meydanda göstərdikləri əzmkarlığa və sona qədər mübarizə aparmalarına görə təşəkkür edirəm. Hər iki komanda yaxşı oyun sərgilədi və meydanda gərgin mübarizə getdi. Qarşılaşmada təxminən eyni səviyyədə olan, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iki komanda üz-üzə gəlmişdi. Bu oyunda əsas məsələ sonadək intizamı qorumaq və yaranan fürsətlərdən maksimum yararlanaraq qalib gəlmək idi. Şükürlər olsun ki, istəyimizə çatdıq və vacib üç xalı qazandıq.
İndi isə qarşıda bizi "Sumqayıt"la önəmli kubok oyunu gözləyir. Bütün diqqətimizi və hazırlığımızı həmin matça yönəltməliyik. Daha sonra isə çempionatın üçüncü dövrəsinin hazırlıqlarına start verəcəyik".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Zirə" oyunu qonaq komandanın 1:0 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













