Azərbaycanda sağlamlıq turizmi ilə bağlı konsepsiya hazırlanacaq
Azərbaycanda sağlamlıq turizmi ilə bağlı konsepsiya hazırlanacaq.
"Far.Az" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda sağlamlıq turizminin inkişafına geniş yer ayrılıb: "Dövlət Proqramı çərçivəsində sağlamlıq turizminin konsepsiyası və strategiya sənədi hazırlanacaq. Bu sənəd növbəti illərdə Azərbaycanın, xüsusilə də Bakının tibbi turizm mövqeyinin formalaşmasına və buraya cəlb olunacaq resursların dəqiq müəyyənləşdirilməsinə mühüm töhfə verəcək".
Bakıda keçirilən lll Beynəlxalq Sağlamlıq Turizmi Konfransından danışan E.Cavadov qeyd edib ki, konfransın əsas ismarışı sağlamlıq turizminin tək bir təşkilat və ya bir sahənin səyi ilə inkişaf etdirilə bilinməyəcəyi ilə bağlıdır: "Bu, müxtəlif tərəfdaşların birgə əməkdaşlığı ilə mümkündür və bu gün burada iştirak edən əməkdaşlarımız müxtəlif sahələri təmsil edirlər. Əsas məqsəd bütün tərəfdaşlarla birlikdə gələcək strateji inkişaf istiqamətlərimizi müzakirə etmək və beynəlxalq uğurlu beynəlxalq təcrübələri Azərbaycana gətirməklə bu tərəfdaşlar arasında münbit əməkdaşlıq platformasını yaratmaqdır".
Oxşar xəbərlər
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
"ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Bakıda sabah 23 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır













