Azərbaycanda ilk dəfə keçirilən Məşqçilər Forumunun açılış mərasimi baş tutub
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən Məşqçilər Forumunun açılış mərasimi baş tutub.
"Far.Az"un məlumatına görə, Bakı Kristal Zalındakı tədbirə nazir Fərid Qayıbov, federasiya rəsmiləri və mütəxəssislər qatılıblar.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə start götürüb.
Fərid Qayıbov məşqçiləri salamlayıb. O, idman həftəsində bir sıra tədbirlərin baş tutacağını diqqətə çatdırıb:
"5 Mart – Bədən Tərbiyəsi və İdman Günüdür. Demək olar ki, bütün rayonlarımızda olimpiya kompleksləri var. İdmanda yaxşı nəticələrimiz var. Azərbaycan idmanı dünya arenalarında tanınır. Bakı isə bu il dünyanın idman paytaxtıdır. Məşqçilərin I Forumunda xarici və yerli mütəxəssislər iştirak edirlər. Dünyada bütün sahələrlə yanaşı idman da inkişaf edir. Bu gün məşqçilərimiz müasir üsullardan istifadə edirlər. Amma hər zaman öyrənməliyik. Bu, məşqçilərimiz üçün vacib Forumdur. Hər birinizə iştirak üçün təşəkkür edirəm".
Forumun panel iclaslarında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, voleybol üzrə Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Namiq Abdullayev, Azərbaycanın badminton yığmasının baş məşqçisi Morteza Validarvi iştirak edəcəklər.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə və
Hacettepe Universitetinin İdman elmləri fakültəsinin Bədən tərbiyəsi və idman fiziologiyası bölməsinin Heyvanlar üzərində tədqiqatlar laboratoriyasının rəhbəri Haydar Demirel "Dopinq" mövzusunda panel iclasa qatılacaqlar.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













