DİN-dən bir gecədə "yoxa çıxarılan" ağacla bağlı AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) Bakının Bayıl qəsəbəsində kəsilən ağacla bağlı açıqlama yayıb.
Qurumdan Far.Az-ə bildirilib ki, hadisə ilə bağlı araşdırmalar aparılır:
"Paytaxtın Səbail rayonunun Bayıl qəsəbəsində ağac kəsilməsi ilə əlaqədar polis və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırmalar aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq hüquqi tədbirlər görüləcək".
*** 11:29
Bakının Bayıl qəsəbəsində ağac kəsilib.
Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.
Vətəndaş iddia edir ki, Bayıl qəsəbəsi, Ə.Yaqubov küçəsi 52C ünvanında iki gün əvvəl naməlum şəxs və ya şəxslər tərəfindən hündürlüyü 10 metrə qədər olan ağac kəsilərək yoxa çıxarılıb.
Ağacın iki il əvvəlki fotosu:
O da qeyd olunub ki, ağacın yerinin itirilməsi üçün ərazi yaxşıca təmizlənib.
Ərazidən görüntüləri təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Bakıda 10 metrlik ağac bir gecədə "yoxa çıxarıldı"
Bakıda güclü külək 78 ağacı aşırdı, 40 ağacın budaqları qırıldı
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! marşrutların hərəkət sxemi...
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













