Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 11 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 671,4 milyon ABŞ dolları dəyərində 563,3 min ton meyvə-tərəvəz ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 68,9 milyon ABŞ dolları (11,4 %) çox, həcm baxımından isə 11 min ton (1,9 %) azdır.
Hesabat dövründə meyvə-tərəvəz ixracından əldə olunan gəlir Azərbaycanın ixrac gəlirlərinin 2,8 %-ni təşkil edib.
9 aydaAzərbaycan həmçinin 219,4 milyon ABŞ dolları dəyərində 235,15 min ton meyvə-tərəvəz idxal edib.
Bunlar isə ötən ilin eyni dövrünə nisbətən dəyər baxımından 0,9 milyon ABŞ dolları (0,4 %) çox, həcm baxımından isə 35,6 min ton (13,1 %) azdır.
Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın idxal xərclərinin 1,6 %-ni təşkil edib.
9 ayda Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.
Son nəticədə xarici ticarətdə 10 milyard 519 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,7 dəfə çoxdur.
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan meyvə-tərəvəz ixracında 5 ilin ən yüksək göstəricisinə çatdı - STATİSTİKA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub













