"Gəncə Mall"da oğurluq
Gəncədə bir şəxs eyni mağazadan dəfələrlə bahalı ətir və kosmetika məhsulları oğurlayıb. Onun "Chanel" və "Michael Kors" markalı ətirləri, eləcə də üz kremi talaması nəticəsində şirkətə 3 671 manat ziyan dəyib.
Far.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisələr Gəncə şəhəri, Heydər Əliyev prospekti, 433 ünvanında yerləşən "Gəncə Mall" ticarət mərkəzində fəaliyyət göstərən "Adore Kompani" MMC-yə məxsus "Adore Parfumery & Cosmetics" mağazasında baş verib.
Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs 2026-cı ildə müxtəlif vaxtlarda mağazaya müştəri kimi daxil olaraq vitrindəki məhsullara baxıb. Daha sonra onu heç kimin görmədiyinə əmin olduqdan sonra vitrindən bahalı ətir və kosmetika məhsullarını gizlicə götürüb.
O, oğurluqların birində ümumi dəyəri 781 manat olan iki "Chanel" ətrini, digər hadisədə isə 654 manat dəyərində iki "Chanel" ətrini talayıb. Növbəti oğurluq zamanı isə 584 manat dəyərində iki ətir götürüb.
Təqsirləndirilən şəxs daha sonra mağazadan "Chanel" və "Michael Kors" markalı üç ətir oğurlayaraq 721 manat ziyan vurub. Beşinci epizodda isə həmin markalara aid iki ətir və bir üz kremi götürüb. Bu dəfə mağazaya 931 manat ziyan dəyib.
Beləliklə, beş oğurluq epizodu nəticəsində "Adore Kompani" MMC-yə ümumilikdə 3 671 manat ziyan vurulub.
Məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə (oğurluğun təkrar törədilməsi) nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək
-
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər













