"TikTok"da açıq-saçıq videosunu paylaşan QIZ HƏBS EDİLDİ
Far.Az xəbər saytı

"TikTok"da açıq-saçıq videosunu paylaşan QIZ HƏBS EDİLDİ


Qubada çəkdirdiyi açıq-saçıq görüntülərlə bağlı 27 yaşlı tiktoker xanım inzibati qaydada həbs olunub.

BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1999-cu ildə Bərdə rayonunda anadan olmuş Aysun Bayramova barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə (internet resurslarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) protokol tərtib edilib.

İşə məhkəmədə baxılıb. Məlum olub ki, Aysun Bayramova açıq-saçıq geyimdə olan görüntüləri 2024-cü ildə Quba rayonunda çəkib. Digər açıq görüntüləri isə "TikTok" platformasında paylaşmayıb, yalnız həmin proqram vasitəsilə çəkərək münasibətdə olduğu şəxsə göndərmək məqsədilə hazırlayıb.

Onun əvvəllər məhkum olunmadığı bildirilib. A.Bayramova məhkəmədən bu halların nəzərə alınmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini qeyd edib.

Məhkəmənin qərarı ilə, o, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi üzrə təqsirli bilinərək 15 sutka müddətinə inzibati həbs edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər