Zafer Demircan: "Bərpa olunan enerji Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılacaq"
Türkiyə bərpa olunan enerjinin Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılacağını düşünür.
Bunu "Far.Az"a açıqlamasında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları çərçivəsində Türkiyənin enerji və sərvətlər nazirinin köməkçisi Zafer Demircan bildirib.
Onun sözlərinə görə, regional və beynəlxalq layihələr həm bölgə, həm də beynəlxalq müstəvi üçün mühüm ticarət və əməkdaşlıq imkanlarını ehtiva edir: "Xüsusilə bu növ enerji əməkdaşlıqlarına üstünlük verilməsində fayda var. Ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində bu cür regional əməkdaşlıqlar yaxşı nümunə təşkil edən təcrübələrdir. Bu gün burada bir çox ölkə öz aralarındakı əməkdaşlığı necə inkişaf etdirə biləcəyi barədə müzakirələr aparacaq. Biz də birlikdə həyata keçirilə biləcək, birlikdə istehsal oluna biləcək layihələrə nəzər salacağıq".
O qeyd edib ki, Türkiyə enerji ilə bağlı regional layihələrdə effektiv və aktiv olmaq istəyir: "Təkcə qaz sahəsində deyil, gələcəkdə regional elektrik layihələrində də Türkiyənin töhfəsi böyük olacaq. Belə bir təcrübəmiz var. Azərbaycan və Türkiyə daha əvvəl də çox böyük layihələri birlikdə ərsəyə gətiriblər. Gələcəkdə də həyata keçirəcəklər. Yeni layihələr üçün mühüm bir təcrübə və ciddi bilik bazası mövcuddur. Azərbaycan və Türkiyənin yer alacağı bütün beynəlxalq və regional layihələrin mütləq uğurlu olacağına inanırıq. Bərpa olunan enerji baxımından da bu yolu seçirik. Xüsusilə də təbii qazda öyrəndiyimiz və təcrübə etdiyimiz bu əməkdaşlıqların, artıq yeni dövrdə bərpa olunan enerjinin Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılmasında da mümkün olduğunu düşünürük".
Oxşar xəbərlər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Bakıda Prezidentin iştirakı ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclaslar keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir













