Qorodov Rusiyada törədilən cinayətlərin Azərbaycanda açılması ilə bağlı Kamran Əliyevə təşəkkür edib
Far.Az xəbər saytı

Qorodov Rusiyada törədilən cinayətlərin Azərbaycanda açılması ilə bağlı Kamran Əliyevə təşəkkür edib


Baş prokuror Kamran Əliyev Azərbaycanda səfərdə olan Rusiya Baş prokurorunun müavini Pyotr Qorodovu qəbul edib.

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində Azərbaycan ilə Rusiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafı xüsusi vurğulanıb.

Bildirilib ki, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın yüksək səviyyəsi və dövlətlərarası dialoqun davamlı xarakteri siyasi, iqtisadi, nəqliyyat-logistika və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır. Bu münasibətlər, həmçinin hüquq-mühafizə və prokurorluq orqanları arasındakı əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Rusiya Baş prokurorunun müavini Pyotr Qorodov göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edərək iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, cinayət işləri üzrə göndərilən sorğuların peşəkar və keyfiyyətli şəkildə tərtib olunmasını, həmçinin uzun illər əvvəl Rusiya Federasiyasında törədilmiş cinayətin Azərbaycan Respublikasında açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini yüksək qiymətləndirərək minnətdarlığını çatdırıb. Bununla yanaşı, cari il ərzində keçiriləcək mühüm beynəlxalq tədbirlərdə iştirak etmək üçün dəvət ünvanlayıb.

Baş prokuror cavabında beynəlxalq tədbirlərin və tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsinin Baş Prokurorluq üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tərəflər ölkələrimizin prokurorluq orqanları arasında mövcud olan sıx əməkdaşlıq və dostluq münasibətlərinin bütün istiqamətlər üzrə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər