Kristalina Georgiyeva: Yaxın Şərqdəki münaqişəyə görə "ağlasığmaz olanlara" hazırlaşmaq lazımdır
Yaxın Şərqdəki uzunmüddətli hərbi münaqişə bazarlara və iqtisadiyyata zərbə vuracaq, həmçinin gözlənilməz çağırışlar yarada bilər.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) direktoru Kristalina Georgiyeva martın 9-u Yaponiyada çıxışı zamanı bildirib.
"Əgər yeni münaqişə uzunmüddətli olarsa, o, açıq-aydın bazara, iqtisadi artıma və inflyasiyaya təsir göstərəcək, bundan əlavə, hökumətlər qarşısında yeni vəzifələr qoyacaq", - o deyib.
Direktorun sözlərinə görə, yeni sarsılmalar hətta münaqişə başa çatdıqdan sonra da yarana bilər, bu da qeyri-müəyyənliyin davam edəcəyi perspektivini vurğulayır: "Bu yeni qlobal vəziyyətdə ağlasığmaz olanlar barədə fikirləşmək və ona hazırlaşmaq lazımdır".
K.Georgiyeva bu bəyanatla matın 9-u neftin qiyməti bir barel üçün təxminən 120 dollara qədər yüksəldikdən və daha sonra Yaxın Şərqdə münaqişənin eskalasiyası, eləcə də neft nəqli marşrutları və qlobal enerji infrastrukturuna artan təzyiq fonunda yenidən aşağı düşdükdən sonra çıxış edib.
IMF direktoru əlavə edib ki, Yaxın Şərqdəki münaqişə səbəbindən Hörmüz boğazı vasitəsilə gəmiçilik 90% azalıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













