Azərbaycanda icra hakimiyyətlərindən birində KÜTLƏVİ İXTİSAR
İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki,aparılan struktur dəyişikliyi ilə əlaqədar icra hakimiyyətinin 36 əməkdaşı vəzifəsindən azad edilib.
Dəyişikliklə əlaqədar Quba Rayon İcra Hakimiyyətində 36 vəzifə ləğv edilib və nəticədə həmin şəxslər işini itiriblər. İcra başçısı İlqar Mahmudovun sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.
Məlumata görə, vəzifəsini itirənlərdən 31 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibidir. Digər şəxslər isə Quba Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.
Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin isə 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin isə 38 əməkdaşı vəzifələrindən azad ediliblər.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













