Sabunçu rayonunda gölün qanunsuz doldurulması faktı araşdırılıb
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sovxoz Ramana ərazisində yerləşən gölün doldurulması faktı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə yerində araşdırılıb.
BAKU.WS quruma istinadən xəbər verir ki, araşdırma çərçivəsində Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1K ünvanında yerləşən sututara baxış keçirilib. Müəyyən olunub ki, əsasən gecə saatlarında daşınan bərk və qarışıq süxur tullantıları vasitəsilə su hövzəsinin 0,34 hektar hissəsi doldurularaq akvatoriya süni şəkildə kiçildilib.
Qeyd edək ki, sözügedən ərazi su, bataqlıq və digər köçəri quşların məskunlaşdığı ekoloji baxımdan həssas zonadır. Sututarın doldurulması və qurudulması ətraf ərazilərdə yerləşən yaşayış evləri üçün də ciddi risklər yaradır. Belə ki, su hövzəsi təbii su tənzimləyici rolunu oynadığından onun ləğvi həyətyanı sahələrin və zirzəmilərin subasmasına, bioloji müxtəlifliyə zərər vurulmasına və ekoloji tarazlığın pozulmasına səbəb ola bilər.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.
Oxşar xəbərlər
Bakının Sabunçu rayonunda gölün qanunsuz doldurulması faktı aşkar edilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə sel fəsadlara səbəb olub
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib
-
UEFA Superkubokunun qalibi müəyyənləşib













