Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək
Far.Az xəbər saytı

Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək


Türkiyə ilə Kanada arasında müdafiə və enerji sahələrində əməkdaşlığı nəzərdə tutan sazişlər imzalanıb.

"Far.Az" Türkiyə Prezidenti Administrasiyasına istinadən xəbər verir ki, imzalanma mərasimindən sonra ev sahibi ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Kanadanın Baş naziri Mark Karni mətbuata birgə bəyanatlarla çıxış ediblər.

"Bu səfərin ən konkret nəticələrindən birini, heç şübhəsiz, Kanada ilə əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarımız təşkil edib", - Ərdoğan bildirib.

Onun sözlərinə görə, hər iki ölkə qarşıdakı dövrdə enerji, ticarət, nəqliyyat və müdafiə sənayesində yeni layihələr həyata keçirməyi hədəfləyir.

M. Karni Türkiyəyə rəsmi səfər edən ilk Kanada lideri olduğunu xatırladaraq, Türkiyə ilə əməkdaşlığa önəm verdiyini bildirib.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər