Mikayıl Cabbarov: "Azərbaycanda müəssisələrin məhsuldarlığının artırılması üçün süni intellekt proqramı icra ediləcək"
Azərbaycanda süni intellekt texnologiyaları və data əsaslı qərarvermə mexanizmlərinin tətbiqinə dair proqramın icrası cari ildən başlayacaq.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar" Forumunda bildirib.
"Ölkəmizdə müəssisələrin məhsuldarlıq göstəricilərinin yüksəldilməsi, innovativ texnologiyaların tətbiqi və süni intellekt əsaslı həllərin geniş miqyasda yayılması məqsədilə xüsusi proqram işlənib hazırlanıb. Dövlət başçısı tərəfindən 2025-ci ildə təsdiq edilmiş rəqəmsal iqtisadiyyatın inkişafına dair dövlət proqramı çərçivəsində dövlət strukturları tərəfindən özəl sektora və müəssisələrə ünvanlanmış yeni vasitələr formalaşdırılıb", - deyə M. Cabbarov vurğulayıb.
Nazir əlavə edib ki, həmin proqram daxilində müəssisələrin fəaliyyətində müasir texnologiyaların, süni intellektə əsaslanan həllərin və data əsaslı qərarvermə mexanizmlərinin geniş tətbiqi nəzərdə tutulur.
Oxşar xəbərlər
SOCAR-ın nəzdində Əməliyyat Texnologiyaları Akademiyası fəaliyyətə başlayıb
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunda MÜHÜM MÜZAKİRƏLƏR
2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın 40 rayonunda əkin sahələrinin aprobasiyası prosesi aparılır
-
Serenay Sarıkaya sərbəst buraxıldı
-
FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb













