Nazir müavini: "Qadınlarımız "Coursera"da 70 mindən çox təlimi tamamlayıb"
Far.Az xəbər saytı

Nazir müavini: "Qadınlarımız "Coursera"da 70 mindən çox təlimi tamamlayıb"


İqtisadiyyat Nazirliyinin Elm və Təhsil Nazirliyi ilə birlikdə, ABŞ-nin "Coursera" şirkətinin dəstəyi ilə həyata keçirdiyi "4Sİ Akademiyası – Milli Proqram" çərçivəsində Azərbaycan qadınları 70 mindən çox təlimi tamamlayıb.

"Far.Az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Proqram vətəndaşlara dünyanın aparıcı universitetlərinin və texnologiya şirkətlərinin onlayn təlimlərindən ödənişsiz yararlanmaq imkanı verir. Bu proqram çərçivəsində 2025-ci ilin aprel ayından bəri qadınlarımız 70 mindən çox təlimi tamamlayıb, maşın öyrənməsi və data analitikası üzrə tamamlanan təlimlərdə onların payı isə 42 %-dən 59 %-ə çatıb", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər