Türkiyədən Naxçıvana gələn şəxs dayısının 10 min manatını OĞURLADI
Naxçıvanda dayısının pulunu oğurlayan şəxsə hökm oxunub.
Far.Az Qaynarinfo.az-a istinadla xəbər verir ki, Türkiyədən gələn K.Cəfərov Sədərək rayonunun Dəmirçi kəndində yaşayan babasının evinə gedib. Həmin vaxt babası ilə yanaşı evdə dayısı və nənəsi olublar.
Az sonra K.Cəfərovun babası və dayısı evdən çıxıb. K.Cəfərov nənəsinə yatacağını deyərək yataq otağına keçib. Həmin otaqda əl çantası görüb. Çantanın içində 10 800 manat və 100 dolar olub. K.Cəfərov pulları oğurlamaq qərarına gəlib və bu niyyətini həyata keçirib.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra K.Cəfərov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Sədərək Rayon Məhkəməsində hakim Hüseyn Zülfüqarovun sədrliyi ilə baxılıb.
K.Cəfərov məhkəmədə özünü verilmiş ittiham üzrə təqsirli bilib.
Məhkəmənin hökmü ilə K.Cəfərova 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə saxlanıldığı 4 ay 2 gün bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 27 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













