Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
Araşdırmalar zamanı SEPAH tərəfindən Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının da hazırlandığı üzə çıxıb.
"Report" xəbər verir ki, bu barədə məlumat "AzTV"də yayılıb.
Bildirilib ki, bu məqsədlə yerli şəxslərə hədəfin iş yerinin foto və video çəkilişlərinin aparılması, silah və nəqliyyat vasitəsinin əldə edilməsi ilə bağlı tapşırıqlar verilib.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi qabaqlayıcı əməliyyat tədbirləri nəticəsində terror planlarının qarşısı alınıb. Azərbaycan vətəndaşları Quliyev Tərxan Tərlan oğlu, Ağayev Nicat Zaman oğlu, Abdullayev Əsəd Tofiq oğlu və Rüstəmov Rəşad Fərhad oğlu müvafiq maddələrlə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib Ağaismi oğlu ictimai xadimin həyatına sui-qəsdə hazırlıqda, Əhmədov Elvin Bəhruz oğlu isə qanunsuz silah və partlayıcı maddə saxlama maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Araşdırma zamanı terror planlarının təşkilində SEPAH-ın Kəşfiyyat Təşkilatının zabiti, polkovnik rütbəli Ali Asghar Bordbar Sheraminin iştirak etdiyi müəyyən olunub. İran vətəndaşları Zandkian Yaser Rahim, Rustamzada Behnam Sahibali, Azarundbileh Hosein Savar Saber və Sheikhzadeh Sajjad Moghadam Sati Sofi Evad barəsində beynəlxalq axtarış elan edilib.
DTX bildirir ki, xarici xüsusi xidmət orqanlarının Azərbaycanda terror-təxribat planları ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













