Bolqarıstanda prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb - Yenilənib
Bolqarıstanda prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.
"Report" xəbər verir ki, yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) seçki məntəqələri bağlanıb.
Exit-poll nəticələrinə əsasən, hazırkı prezident İliyana Yotova rəqibi üzərində qələbə qazanır.
Bolqarıstan Milli Televiziyasının efirində açıqlanan ilkin nəticələrə görə, seçicilərin təxminən 51 faizi Yotovaya səs verib. Onun rəqibi, müxalifətin dəstəklədiyi keçmiş müvəqqəti hökumət başçısı Andrey Gürovu isə seçicilərin 44,6 faizi dəstəkləyib.
Seçkilərdə seçici fəallığı təxminən 26,8 faiz təşkil edib.
Qeyd edək ki, açıqlanan göstəricilər exit-poll nəticələridir. Seçkilərin yekun nəticələri hələ müəyyənləşdirilməyib.
Bolqarıstanda prezident seçkilərinin ikinci turu başlayıb.
"Report"un məlumatına görə, ölkə daxilində yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə saat 9:00) 12 mindən çox seçki məntəqəsi açılıb, 6,6 milyon seçicinin səs verə biləcəyi bildirilir.
Xaricdə daimi yaşayan və ya xaricə səyahət edən Bolqarıstan vətəndaşları üçün əlavə seçki məntəqələri 60 ölkədə açılacaq. İliana Yotova və Andrey Qyurov prezidentliyə, Kiril Vılçev və Georgi Kandev isə vitse-prezidentliyə namizəddirlər.
Səsvermənin ilk qeyri-rəsmi nəticələri saat 20:00-da, seçki məntəqələri bağlandıqda məlum olacaq. Rəsmi nəticələr 4 noyabrdan gec olmayaraq açıqlanacaq.
Bolqarıstan prezidenti xalq səsverməsi ilə beş illik müddətə seçilir və ardıcıl iki müddətdən çox vəzifə tuta bilməz. Vitse-prezident də prezidentlə eyni vaxtda seçilir. 2026-cı ildə dövlət başçısı vəzifəsi uğrunda mübarizədə ümumilikdə 27 nəfər iştirak edib.
Oxşar xəbərlər
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi
-
Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu
-
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
-
Azərbaycan güləşçisi Ali Tsokayev dünya çempionatında bürünc medal qazanıb
-
"Dakar-2026": Azərbaycan cüdoçusu İbrahim Talıbov qızıl medal qazanıb
-
Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb













