Ukrayna Donetsk hava limanında "Shahed"lərin buraxılış məntəqəsini məhv edib
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsində, Donetsk hava limanı ərazisində "Shahed" pilotsuz uçuş aparatlarının (PUA) hazırlıq və buraxılış məntəqəsini məhv edib.
"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sosial şəbəkələrdə məlumat yayıb.
Baş Qərargahın məlumatına görə, obyektə zərbə ATACMS və SCALP raketləri ilə endirilib.
"Zərbəni Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin aviasiyası ilə birgə raket qoşunları və artilleriya bölmələri endirib. Hücumdan sonra güclü yanğın və təkrar partlayış qeydə alınıb", - məlumatda bildirilib.
Bundan əlavə, Ukrayna Müdafiə Qüvvələrinin bölmələri martın 6-da və martın 7-nə keçən gecə müvəqqəti işğal olunmuş ərazilərdə Rusiya qoşunlarının bir sıra obyektlərinə silsilə zərbələr endiriblər.
Baş Qərargahın məlumatına görə, Ukraynanın Luqansk, Xarkov, Donetsk və Zaporojye vilayətlərində PUA-ların idarəetmə məntəqəsi, komanda müşahidə məntəqəsi, artilleriya mövqeləri, eləcə də düşmənin canlı qüvvəsinin cəmləşdiyi ərazilər vurulub.
"Dəymiş ziyanın miqyası və düşmən itkiləri dəqiqləşdirilir", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Şuşada "8 Noyabr - Zəfərin təntənəsi" adlı silsilə tədbirlər keçirilir
Rusiya Kiyevi "İsgəndər" raketləri ilə vurub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - YENİLƏNİB
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Ayxan Hacızadə: Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik
-
ABŞ qırıcısı Oman körfəzində İranın neft tankerini sıradan çıxarıb
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB













