Naftalanda yeniyetməni zibil qutusuna atdılar, videosunu TikTok-da yaydılar
Far.Az xəbər saytı

Naftalanda yeniyetməni zibil qutusuna atdılar, videosunu TikTok-da yaydılar


Naftalanda yeniyetməni parkda döyərək görüntülərini sosial şəbəkələrdə yayıblar.

Far.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki parkda baş verib.

16 yaşlı İbrahim Musayev (ad və soyad şərtidir - red.) parkda gəzərkən zərərçəkən Elmir Kərimova (ad və soyad şərtidir - red.) yaxınlaşaraq nə səbəbə anası barədə xoşagəlməz ifadələr səsləndirdiyini soruşub. Elmir etiraz etdikdə İbrahim bu barədə əlində səs yazısı olduğunu deyib. Daha sonra əsəbiləşdiyi üçün o, yanındakı iki tanışı ilə köməkləşərək Elmiri yaxınlıqdakı zibil qabına atıblar. Tanışlarından biri hadisəni telefonla videoya çəkib. Elmir ərazidən uzaqlaşmaq istəyəndə isə İbrahim onu vuraraq yerə yıxıb.

Sonra hadisənin videosu "TikTok" sosial şəbəkəsində paylaşılıb.

Zərərçəkənin şikayəti əsasında İbrahim polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) və 510.2-ci (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddələri ilə protokol tərtib olunub.

İbrahim Musayev ifadəsində əməlindən peşman olduğunu, Elmirdən və onun anasından üzr istədiyini bildirib.

Zərərçəkənin qanuni nümayəndəsi isə şikayətçi olduğunu deyərək, həm İbrahimin, həm də Elmiri zibil qutusuna atan digər şəxsin cəzalandırılmasını xahiş edib.

Barəsində inzibati xəta üzrə icraat aparılan İbrahimin vəkili isə müvəkkilinin yeniyetmə olduğunu nəzərə alaraq yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə İbrahim Musayev 500, ona kömək edən tanışı isə 400 manat məbləğində inzibati qaydada cərimələniblər.

Oxşar xəbərlər

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
40 yaşında parkda donaraq ölən "Yeşilçam" aktyorunun təsirli HƏYAT HEKAYƏSİ
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər