Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Şekspir" tamaşası nümayiş olunub
Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı Elçinin "Şekspir" pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın nümayişi olub.
"Report" xəbər verir ki, yazıçı və dramaturq Elçinin xatirəsinə həsr olunmuş tamaşanın təqdimatı Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilib.
Gecədə millət vəkilləri, dövlət qurumlarının təmsilçiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov Elçinin yaradıcılığından, Bakı Bələdiyyə Teatrı ilə olan əməkdaşlığından bəhs edib.
Qeyd edilib ki, səhnə əsəri ümumbəşəri dəyərlərə işıq tutaraq insanı xeyirxahlıq, sevgi və mərhəmət yoluna dəvət edir, onu mənəvi axtarışlara sövq edir.
Daha sonra tamaşanın nümayişi başlayıb.
Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur.
Qeyd edək ki, "Şekspir" pyesi İngiltərə, ABŞ, Türkiyə, Rusiya, İtaliya, Ukrayna, Gürcüstan və digər xarici ölkələrdə səhnəyə qoyulub. Geniş tamaşaçı auditoriyasının marağına səbəb olan əsər, eyni zamanda dünya ictimaiyyətinin Azərbaycanın zəngin ədəbi irsi ilə yaxından tanış olmasına da şərait yaradıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Daş Salnamə Muzeyində "Suyun sirri" pantomim tamaşası təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - YENİLƏNİB
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
ABŞ qırıcısı Oman körfəzində İranın neft tankerini sıradan çıxarıb
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Ayxan Hacızadə: Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik













