Moskvada Azərbaycan səfirliyinə məxsus avtomobil qəzaya düşüb
Far.Az xəbər saytı

Moskvada Azərbaycan səfirliyinə məxsus avtomobil qəzaya düşüb


Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan səfirliyinə məxsus avtomobil qəzaya düşüb.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, 7 mart tarixində təqribən saat 17:00 radələrində Moskva şəhərində yerləşən Columbus ticarət mərkəzindən əsas yola çıxarkən gözləmə nişanının tələblərinə baxılmamış və bu zaman əsas yol ilə gələn avtomobil səfirliyin diplomatik nömrəli avtomobilini arxadan vurub.

Beləliklə avtomobil inersiya nəticəsində Prajskaya metrosunun çıxışının giriş qapılarının birinə dəyib. Döngə ilə metronun çıxışı arasında məsafənin az olması səbəbindən avtomobil qapıya çırpılıb.

Baş vermiş hadisə zamanı heç bir şəxs xəsarət almayıb. Avtomobili diplomatın həyat yoldaşı idarə edib.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər