"Azərreyl" klubu Avropa Kubokunda iştirak edəcək
"Azərreyl" klubu çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında keçiriləcək Avropa Kubokunda iştirak edəcək.
Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, qaydalara əsasən, hər yarış iştirakçısı 2 komanda və minimum 4, maksimum 6 oyunçu ilə təmsil oluna bilər.
Qrup birinciləri birbaşa yarımfinala yüksələcək. İkinci və üçüncü yerin sahibləri isə öz aralarında (A2-B3, A3-B2) daha bir oyun keçirəcəklər.
2023-cü ildə ilk dəfə Türkiyədə keçirilən Avropa Kubokunda ölkəmizi təmsil edən “Murov Az Terminal” klubunun kişi komandası çempion olub.
Qeyd edək ki, oktyabrın 10-dan 13-nə qədər keçiriləcək Avropa Kubokuna Fransanın Monpelye şəhəri ev sahibliyi edəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Azərbaycan millisinin baş məşqçisi: Məqsədlərimizdən biri heyəti 40-50 faiz yeniləməkdir - MÜSAHİBƏ
Dövlət qurumlarının əməkdaşları arasında çimərlik voleybolu üzrə yarış keçirilib
Azərbaycanın çimərlik voleybolu komandası EEVZA çempionatında iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Yunanıstan və ABŞ Rubionun Afinaya səfəri zamanı üç sənəd imzalayacaqlar













