Rusiyada Alla Puqaçovadan 5 milyon təzminat tələb olunur
Far.Az xəbər saytı

Rusiyada Alla Puqaçovadan 5 milyon təzminat tələb olunur


Rusiyada Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin müğənni Alla Puqaçovadan 5 milyon rubl məbləğində mənəvi təzminat tələb edib.

Far.Az xəbər verir ki, bu barədə o, RİA Novosti agentliyinə açıqlamasında bildirib. Borodin qeyd edib ki, iddia şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması ilə bağlı qaldırılıb.

Onun sözlərinə görə, tələb olunan 5 milyon rubl məbləğində təzminat xüsusi hərbi əməliyyatın ehtiyaclarına yönəldiləcək.

Borodin iddianı Puqaçovanın jurnalist Yekaterina Qordeyeva ilə müsahibəsindən sonra qaldırdığını bildirib. Onun sözlərinə görə, müğənni həmin müsahibədə Borodin haqqında təhqiramiz ifadələr işlədib və xüsusi hərbi əməliyyatla bağlı mənfi fikirlər səsləndirib.

Məlumata görə, Moskvanın Presnenski Rayon Məhkəməsi iddia ilə bağlı ilkin baxışı martın 10-da keçirəcək.

Qeyd edək ki, Borodin daha əvvəl Alla Puqaçovanın Rusiyada musiqi əsərlərindən gəlir əldə etməsinin qadağan edilməsini də təklif etmişdi.

Oxşar xəbərlər

Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Publik şəxslər artıq işgüzar nüfuzu məhkəmə qaydasında müdafiə edə biləcək
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər