Azərbaycanın U-20 millisinə baş məşqçi təyinatı olub
Far.Az xəbər saytı

Azərbaycanın U-20 millisinə baş məşqçi təyinatı olub


AFFA İcraiyyə Komitəsinin fevralın 19-da keçirilmiş iclasında Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi postuna Ruy Jorgenin namizədliyi müzakirə çıxarılıb və təsdiq edilib.

"Far.Az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hüquqi prosedurların tamamlandığını nəzərə alaraq Ruy Jorge müvafiq millinin baş məşqçisi postuna təyin olunub.

Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək.

Yeni təyin olunmuş baş məşqçinin mətbuat konfransı AFFA rəhbərliyinin iştirakı ilə yaxın günlərdə təşkil olunacaq.

Qeyd edək ki, Ruy Jorge məşqçiliyə futbolçu kimi son klubu olan "Belenenseş"də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009 mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub. 2010-cu ildə Portuqaliyanın U-21 yığmasının "sükanı arxası"na gətirilən Jorge 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Ruy Jorge Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər