Cəlilabadda üzərində xəsarət olan yeniyetmə meyiti tapılıb
Far.Az xəbər saytı

Cəlilabadda üzərində xəsarət olan yeniyetmə meyiti tapılıb


Cəlilabad rayonunda üzərində xəsarət izi olan yeniyetmə meyiti aşkar edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sərhədabad kəndi ərazisində qeydə alınıb.

Tapılan meyitin kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna məxsus olduğu məlum olub.

İlkin məlumata əsasən, mərhumun ürək nahiyəsində xəsarət izi aşkar olunub.

Hadisənin qətl və ya bədbəxt hadisə nəticəsində baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
OBA "OBA-da gənclərin izi" ilə 10 illik  tədbirlər planına start verdi
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər