Bacısını salona icazəsiz getdiyi üçün bıçaqlamaqda təqsirləndirilən şəxsə AĞIR CƏZA
Bacısını ondan xəbərsiz gözəllik salonuna getdiyi üçün bıçaqlamaqda təqsirləndirilən Məhəmməd İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev təqsirləndirilən şəxsin 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müşavirədən sonra elan edilən hökmlə M.İsmayılov 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, hadisə 2024-cü ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.
İttiham aktına görə, Məhəmməd İsmayılov ondan xəbərsiz gözəllik salonuna getdiyi üçün bacısına beş bıçaq zərbəsi vurub.
Xəstəxanaya vaxtında çatdırılan xanımın həyatını xilas etmək mümkün olub.
Məhəmməd İsmayılov isə şübhəli şəxs qismində saxlanılıb və barəsində cinayət işi başlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













