Musa Quliyev: DSMF büdcəsi uşağın doğulmasına görə müavinətin 1500 manata artırılmasına imkan yaradır
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi uşağın anadan olmasına görə müavinətin məbləğinin 600 manatdan 1500 manata qaldırılmasına imkan verir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə ortaq keçirilən iclasda "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi çərçivəsində bildirib.
Onun sözlərinə görə, 2027-ci il üçün məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın dünyaya gəlməsinə, 3 yaşınadək uşaqlara qulluğa və dəfn üçün müavinətlərin ödənilməsinə 281 milyon manat məbləğində vəsait nəzərdə tutulub:
"Bu göstərici cari ilin təsdiqlənmiş proqnozu ilə müqayisədə 38 %, yəni 77 milyon manat daha çoxdur. Bu artım da gələn il uşağın doğulmasına görə müavinətin mövcud 600 manatdan 1500 manata yüksəldilməsini, sığorta olunanlar üçün dəfn xərclərinin cari 590 manatdan 700 manata qaldırılmasını, pensiyaçılar üçün dəfn müavinətlərinin məbləğinin 936 manatdan 1200 manata artırılmasını, habelə 3 yaşınadək uşağa qulluğa görə müavinətin 37 manatdan 100 manata çatdırılmasını proqnozlaşdırmağa imkan verir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam













