Azərbaycanda energetika sahəsi ilə bağlı 13 yeni dövlət standartı qəbul oluna bilər
Azərbaycanda energetika sahəsi ilə bağlı 13 yeni dövlət standartının layihəsi hazırlanıb.
"Far.Az" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, qurumda "Elektroenergetika və bərpa olunan enerji" standartlaşdırılması üzrə Texniki Komitənin hibrid formatında iclası keçirilib. Texniki Komitənin katibi Arif Nəzərov son illərdə standartlaşdırma sahəsində qəbul olunmuş hüquqi aktların energetikada da yeni standartların hazırlanmasını zəruri etdiyini bildirib.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) və Texniki Komitəyə üzv olan qurumların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda nazirlik yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) IEC 62933-2-1 standartı layihəsinin yekun variantına dair rəy və təkliflər müzakirə edilib.
İclasda, həmçinin terminologiyanın milliləşdirilməsinin Azərbaycan elektroenergetika sahəsi üçün əhəmiyyəti vurğulanıb.
Sonda irəli sürülən rəy və təkliflər nəzərə alınmaqla energetika sahəsinə aid 13 standart layihəsinin təsdiq edilərək AZSTAND-a təqdim edilməsi razılaşdırılıb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir













