Salyan şosesində aparılan təmir işləri yekunlaşıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Salyan şosesində apardığı təmir işlərini yekunlaşdırıb.
"Far.Az" agentliyə istinadən xəbər verir ki, təmir işləri sözügedən şosenin Bibiheybət şosesindən Lökbatan dairəsinədək olan 5.33 km uzunluğa malik, ortalama eni 28 metr təşkil edən hissəsində icra olunub.
Şose boyunca müəyyən hissələrdə asfalt-beton örtükdə çat və qabarmalar müşahidə olunurdu. Bu isə rahat gediş-gəlişə maneə yaradırdı. İcra olunan təmir işləri ilə bu problem aradan qaldırılıb.
Aparılan işlər çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşı düzülüb, həm yolun hərəkət hissəsinə, həm də piyada səkilərinin üzərinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə 150 min kv.metrdən çox əraziyə yeni asfalt-beton örtüyü döşənib.
Asfaltlanma işlərinin ardınca ərazidə “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunub.
Hazırda sözügedən şose müasir görkəmdə vətəndaşların istifadəsindədir.
Oxşar xəbərlər
Salyan şosesində asfaltlanma işləri aparılır
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Qələbə dairəsi”dən “20 Yanvar” dairəsi istiqamətində asfaltlanma işləri yekunlaşıb
Şəkinin daxili yolları təmir edilir
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"9990" və "7770" qısa nömrələrindən gələn zənglərlə bağlı DİN-dən AÇIQLAMA
-
Bakıda qayıdış hüququna həsr edilən beynəlxalq elmi konfrans keçirilir
-
"Qarabağ"ın "Napoli" ilə səfər oyunu ərəfəsində azarkeşlər komandanın şanslarını dəyərləndirdilər
-
Bakcell abunəçisi 6-cı lüks avtomobili qazandı!
-
2026-cı ildə Ukraynanı nə gözləyir?
-
Ronaldonun DÇ-2026-nın oyunlarını buraxmaq təhlükəsi yaranıb













