Avropa çempionatının qalibi: Ən çətin rəqib elə özüməm
Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatının qalibi Günay Qurbanova (59 kq) üçün finala gedən yol asan olmayıb.
"Far.Az" xəbər verir ki, güləşçi bunu final görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
G.Qurbanova ikinci dəfə Avropa çempionu adını qazanmasını dəyərləndirib:
"İkinci dəfə Avropa çempionu olduğuma görə çox sevinirəm. Ümid edirəm ki, gələcəkdə yenə medal qazanmaq şansım olacaq. Bura qədər gəlmək asan olmayıb. Məşqçim Toğrul Əsgərova, komandamıza və mənə dəstək göstərən hər kəsə minnətdarlığımı bildirirəm. Hazırlaşırdılar, dəstək oldular, motivasiya verib təcrübələrini mənimlə bölüşüblər. Hər dəqiqə yanımda olub məni ruhlandırdılar".
O, final görüşünün bir qədər gərgin keçdiyini deyib: "Final görüşüm bir qədər çətin keçsə də, mənim üçün çətin rəqib yoxdur. Ən çətin rəqib elə özüməm".
Güləşçi növbəti hədəfi haqqında da danışıb: "Növbəti hədəfim böyüklər arasında Avropa çempionatıdır. Özümü bu yarışda da sınamaq istəyirəm. Qızıl medal qazana biləcəyimə inanıram".
Oxşar xəbərlər
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













