TƏBİB-dən Polad Həşimovun anasının səhhəti ilə bağlı AÇIQLAMA
Far.Az xəbər saytı

TƏBİB-dən Polad Həşimovun anasının səhhəti ilə bağlı AÇIQLAMA


Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. Bu səbəbdən o təcili olaraq xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, Səmayə Həşimovada bir sıra xəstəliklər aşkar edilib.

Hazırda onun müalicəsi Sumqayıt Şəhər 2 nömrəli xəstəxansında davam etdirilir:

"1949-cu il təvəllüdlü Səmayə Həşimova 27.10.2026-cı il tarixində saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına hospitalizasiya olunub.

Arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları təyin edilən şəxsdə aparılan müayinələr zamanı pnevmoniya əlamətləri də aşkarlanıb.

Pasiyentin müalicəsi xəstəxananın Terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir".

Xatırladaq ki, Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranması barədə ilk məlumatı medianews.az saytı yayıb.

Bu barədə sayta Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
General-mayor İsgəndər Allahverdiyev dəfn olunub
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər